«New Scientist» jurnalının "Qidalanma vərdişləri və insanın təkamülü" yalanı

«New Scientist» jurnalının 10 dekabr 2016-cı il tarixli sayında və internet saytında "Paleo pəhrizi: ətin yanında tərəvəz bayramı" başlıqlı məqalə dərc edildi. Məqalədə insanın guya mərhələ-mərhələ inkişaf edərək təkamül keçirmiş heyvan növü olduğundan bəhs edilir, qidalanma vərdişləri ilə insanın təkamülü arasında əlaqələr qurulmağa çalışılırdı.

Məqalə İsrailin şimalında Gesher Benot Yaaqov adlı qazıntı sahəsində 780.000 il əvvəl yaşamış insanların gündəlik qidalanma vərdişləri ilə bağlı idi. Araşdırma boyunca İsrail Pan Ilan Universitetindən Yoel Melamed, Naama Goren-Inbar və həmkarları o bölgədə insanların yaşadığı dövrdəki bitki qalıqlarının müxtəlifliyi və bolluğu ilə bağlı məlumatları topladılar. Həmçinin eyni bölgədə insanların yaşamadığı dövrlərə aid qatlardakı bitki qalıqlarını tədqiq etdilər. İki göstərici müqayisə edildikdə əldə edilən tapıntılar həmin bölgədə insanların yaşadığı dövrdə 55 müxtəlif növ bitki, tərəvəz, meyvə və toxum yetişdirildiyini, bu məhsulların qəsdən toplandığını və istehlak edildiyini göstərirdi. Məqalədə verilmək istənilən təəssüratın əksinə, bu, heç bir təkamül prosesini sübut etmirdi. Sadəcə olaraq daha əvvəlki tədqiqatlarda qədim dövrlərdə daha çox ətlə qidalanıldığı iddia edilərkən, bu araşdırma ilə birlikdə insanların ətlə birlikdə tərəvəz və bitki də istehlak etdiyi müəyyən edilmiş oldu. Ancaq məqalədə "insan təkamülü hələ də davam edən prosesdir və bu səbəbdən qidalanma vərdişləri davamlı olaraq dəyişiklik göstərir" kimi heç bir elmi əsası olmayan cümlələrlə oxucuların beyninə insanın təsadüflərlə ortaya çıxmış heyvan növü olduğu təlqin edilirdi.

 

Bunu qeyd etməkdə fayda var: qazıntı sahələrində bitki və tərəvəz qalıqlarına tez-tez rast gəlmək mümkün deyil. Çünki bitkilər və tərəvəzlər istehlak edildikdə kəsilmiş heyvan sümükləri kimi tullantı saxlamır. Bu səbəbdən bəzi arxeoloqların etdiyi kimi, qazıntı sahələrində olan kəsilmiş heyvan sümüklərinə görə, qədim insanların qidasının təkcə ətdən ibarət olduğunu demək düzgün mövqe deyil. Həmçinin bu məqalədə edildiyi kimi, bir qövmün tərəvəz, ət və ya bitki yemə vərdişlərinə görə təkamülün müəyyən edilməsi də elmi olaraq mümkün deyil.

Tədqiqat qrupunun gəldiyi başqa bir nəticəyə görə, isə "bitkilər, kənd təsərrüfatı dövrünə keçməzdən xeyli əvvəl qədim insanların qidalanmalarında yerini almışdı. Qədim insanlar bitkiləri necə mövsümi olaraq istifadə edəcəklərini bilir və il boyu eyni yerlərdə böyümələrinə imkan yaradırdılar".

Təkamül nəzəriyyəsi qədim dövrdə yaşayan insanların ictimai həyatları olmayan, ibtidai insan növləri olduğunu iddia edir. Ancaq bu tədqiqatla yanaşı, iddianın əksinə olaraq 780.000 il əvvəl yaşamış insanların da ibtidai deyil, normal zəkaya sahib olduqları, bitkiləri mövsümlərinə görə biçdikləri və istehlak etdikləri bir daha təsbit edilmiş oldu.

İnsanların fərqli qidalanma vərdişlərinin olması onların zehni qabiliyyətləri baxımından daha inkişaf etmiş və ya geridə qalmış olduqlarını göstərmir. Yəni daha çox ətlə qidalanan cəmiyyət daha geridə qalmış və zehni olaraq daha «primitiv» olduğu üçün ətlə qidalanmır. Belə ki, günümüzdə də təkcə ətlə qidalanan insanlar var. Cəmiyyətlərin məşğuliyyətləri, qidalanma vərdişləri və mədəni tərcihləri insanların bir başqa canlıdan meydana gəldiyini göstərən amillər deyil.

Dövrümüzdə də texnoloji olaraq geridə qalmış bir çox qəbilə yalnız ovçuluq və yığıcılıqla məşğuldur. Ancaq bu vəziyyət onların daha az insan olduqlarını qətiyyən göstərmir. Eyni vəziyyət yüz min il bundan əvvəl yaşayan insanlara aid olduğu kimi, bundan on minlərlə il sonra yaşayacaq insanlara da aiddir. Nə keçmişdə yaşayanlar ibtidai insanlardır, nə də gələcəkdə yaşayanlar daha inkişaf etmiş fərqli növ olacaq.

Allah insanı "Ol" kəlməsi ilə yoxdan var edib və ona öz Ruhundan üfürüb.

O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü (həyat verdi). O sizə göz, qulaq və ürək verdi. Siz (bu nemətlərə) az şükür edirsiniz!         (Səcdə surəsi 7-9)

Mənbə:

https://www.newscientist.com/article/2115127-ancient-leftovers-show-the-real-paleo-diet-was-a-veggie-feast/

© 2016 BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANIB