Silahlı mübarizə İŞİD-lə mübarizə üsulu deyil

Koalisiya qüvvələrinin bir müddət əvvəl İŞİD-ə qarşı başlatdığı əməliyyatlar daha da şiddətlənərək davam edir. Lakin mətbuatda əks olunan məlumatlara görə, hücumlardan istənilən nəticələr əldə edilə bilmir. Bu vəziyyətdə İŞİD-ə qurudan müdaxilə etmək təklif edildi. Hal-hazırda bu müdaxiləni qismən də olsa, koalisiya qücləri tərəfindən dəstəklənən Peşmərgə qüvvələri həyata keçirir. Peşmərgələrin bu müdaxiləsi də İŞİD-i dayandırmağa gücü çatmır.

Görünən odur ki, hər keçən gün İŞİD-ə qarşı həyata keçirilən silahlı müdaxilə hələ çox müzakirə mövzusu olacaq. Silahlı müdaxilə fikri, əslində, ziddiyyətlidir. Belə ki, müdaxilənin əsas məqsədi günahsız insanlara qarşı şiddət tətbiq edən təşkilatı dayandırmaq və başda yaşamaq hüququ olmaqla, vətəndaşların hüquqlarını qorumaqdır. Lakin silahlı müdaxilə ilə bu məqsəd hədəfləsənsə də, qarşıya əks vəziyyətlər ortaya çıxa bilər.

Əvvəla, İŞİD nizami ordu deyil, çöllərdə və ya kəndlərdə vətəndaşlarla birlikdə yaşayır. Buna görə də, təşkil edilən bombardmanlarda çox sayda vətəndaş itkisinin olacağı açıqdır. Əfqanıstanda və ABŞ-ın İraqı işğal edərkən yaşananlar bunun çox açıq iki dəlilidir. Bu səbəbdən də, İŞİD-i dayandırarkən insan itkisi olmasına mane olacaq üsul tapılmalıdır.

İŞİD-in sadəcə əli silahlı şəxslərdən təşkil olunmaması da mühüm məqamdır. Suriyada və İraqda onları dəstəkləyən geniş kütlə var. Bu insanlar sadə vətəndaş kimi yaşamağa davam edərkən əli silahlı İŞİD militantları ilə eyni anlayışı, eyni həyat tərzini mənimsəyirlər. Bu, İŞİD-in geniş insan qaynağına sahib olduğunu göstərir. Üstəlik, İŞİD-i dəstəkləyənlər sadəcə Suriyada, yaxud da İraqda yaşamırlar. Filippindən İngiltərəyə, Fransadan Pakistana və ABŞ-a qədər dünyanın dörd bir yanından insanlar İŞİD-in fəlsəfəsini mənimsəyir, hətta şəxsən üzvü olurlar.

Əldə edilmiş təcrübələr silahla nizam-intizam yaratmağın mümkün olmadığını açıq şəkildə göstərir. Silahlı üsullar həm böyük can və mal itkisinə yol açır, həm də çox yüksək məbləğ xərclənməklə həyata keçirilir. Bundan əlavə, İraq, Suriya və Əfqanıstan kimi qarışıq bölgələrdə silahlı müdaxilə ilə sabitliyi təmin etmək mümkün olmamışdır.

Bunun əvəzinə, Yaxın Şərqdə, hətta bütün İslam aləmində terror təşkilatlarının tətbiq etdikləri insanlıqdan kənar vəhşiliyin öhtəsindən təhsil ilə gəlmək mümkündür. Bəzi insanlar tərəfindən qəstən qaynağı İslam kimi göstərilməyə çalışılsa da, Yaxın Şərqdə yaşanan problemlərin əsas səbəbi, əslində, cəhalət və fanatizmdir. Cahillik və xurafatı aradan qaldırmağın yolu isə insanların üstünə bomba yağdırmaq yox, onları maarifləndirmək və məlumatlandırmaqdır.

Bu təlimdə əvvəlcə İslamda şiddətin müdafiə üsulu olmadığı başa salınmalıdır. İkinci mərhələdə müsəlmanların təzyiq və zorakılıq tətbiq etməsinin Qurana uyğun olmadığı, bunun əvəzinə sadəcə elmi dəlillərlə təbliğ etmək və gözəl söz ilə insanları İslama dəvət etməyin əsas olduğu öyrədilməlidir. İzah edilməli olan digər mövzu isə İslam əxlaqında etiqad azadlığının olduğudur.

Bunlara əsaslanan təlim sayəsində daha çox can itkisinin qarşısı alınacaq, milyarlarla dollar xərclənməyəcək, terror yayılmayacaq, insanların daha azad və təhlükəsiz yaşaması təmin olunacaqdır. Yayılan şiddətə qarşı silahla yox, təhsil ilə mübarizə aparmaq daha humanist və daimi həll yolu olacaqdır.

Adnan Oktarın Daily Mail´də yayımlanan məqaləsi:

http://dailymailnews.com/2014/12/29/a-non-military-solution-to-isil-will-be-the-most-effective/

© 2016 BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANIB