Bütün dünyaya təsir edən problemə birlikdə şahid oluruq. Belə ki, ölkələr bu problemi həll etmək üçün toplaşır, həll yolları axtarır, hərbi güclərini işə salırlar. Amerika, Kanada, Avstraliya, Rusiya, Fransa ilə birlikdə İngiltərə və Almaniya parlamentləri də müdaxilə edir və əsgərlərini həmin bölgəyə göndərirlər. Amma nəticə dəyişmir və problem getdikcə artır.
Milyonlarla insanın həyatına aidiyyəti olan bu problemlə mübarizə hazırda da davam edir. Bəhs etdiyimiz problem İŞİD problemidir.
ABŞ, Avropa ölkələri və onlara dəstək verən digər ölkələr Yaxın Şərqdə İŞİD-ə qarşı məhv etmə müharibəsi aparırlar. Yaşayış yerləri mühasirəyə alınıb bombalanır. Bu mübarizə üsulu dünyaya "ən fəal, ən uğurlu üsul" kimi təqdim olunsa da, həqiqətlər göz qabağındadır. Bu vaxta kimi bu müharibədə milyonlarla günahsız insan evindən, yurdundan olub, həyatını itirib. Amma nəticə dəyişməyib.
Fasiləsiz bombardmanlara qarşı İŞİD İraq və Suriyadakı varlığını eynilə davam etdirir. Bir tərəfdən, Liviyada hakimiyyət qurur, digər tərəfdən də Sina üzərindən Misirdə də fəal olmağa çalışır, həmçinin Avropada da terror aktlarını artırır. Qısası, İŞİD nəinki yox olur, getdikcə daha da güclənir.
Dünya miqyasında terror probleminin əsası kimi İŞİD göstərilsə də, əsas mübarizə aparmalı olduğumuz problemin bəşəriyyəti təhdid edən düşüncə pozğunluğu, yəni fanatizm olduğunu heç kim dilə gətirmir.
Qərb dairələrində "İŞİD gedəcək, dərdlər bitəcək" şəklində təqdim edilən fikir əslində olduqca yanlışdır. Çünki İslam adından zorakılıq tətbiq edən yeganə təşkilat İŞİD deyil. Taliban, Əl-Qaidə, Boko Haram, Əl-Şəbab kimi digərləri də bütün gücləri ilə varlıqlarını davam etdirir və "inanclarının" tələbi olaraq gördükləri şiddətə baş vuraraq dəhşət saçmağa davam edirlər. Biz yenə də bir anlıq istifadə edilən üsulun işə yaradığını və həmin təşkilatların məhv edildiyini fərz edək. Bəs bu məhv strategiyasından sonra oxşar təşkilatların Afrikada, Asiyada, hətta Avropada daha da güclənərək ortaya çıxmayacaqlarının zəmanəti varmı?
Bu sualın cavabını bilmək üçün yaxşı siyasətçi və ya kəşfiyyatçı olmağa ehtiyac yoxdur. Açıq şəkildə görünür ki, bu gün Yaxın Şərqdə İŞİD və oxşar təşkilatlara qarşı istifadə edilən üsul qalıcı həll yolu təqdim etmir.
İslam adından istifadə edərək zor tətbiq edən təşkilatlar tamamilə ortadan qaldırılsa belə, radikal qrupların yanlış inanc sistemi və ideologiyası dəyişdirilmədiyi təqdirdə, bu sistemlər başqa adlar altında dəhşət saçmağa davam edəcək.
İŞİD və oxşar təşkilatların qanlı əməllərini maarifləndirməklə dayandırmaq, hətta yox etmək mümkündür. Mənbəyi İslam kimi göstərilməyə çalışılan problemlərin əsas səbəbi İslam coğrafiyasında kök salaraq genişlənən və əsasını xurafatların təşkil etdiyi fanatik təfəkkürdür. Bu fanatik düşüncəyə qalib gəlməyin yolu insanlara bomba atmaq yox, onları tərbiyə etmək və maarifləndirməkdir.
Şiddəti "haqq axtarma üsulu" hesab edənlərə zorakılığın İslama tamamilə zidd olduğu başa salınmalıdır. Ən qısa zamanda təzyiq və zorakılıq tətbiq etmək əvəzinə yalnız elmi dəlillərlə inandırma üsulunun və gözəl sözlə dəvətə üstünlük verilməsinin zəruriliyi öyrədilməlidir. İzah edilməli olan digər bir məsələ də İslam dinində etiqad azadlığının olmasıdır. İslam əxlaqına görə hər bir insan istədiyi əqidəni seçməkdə azaddır və heç kəs digərini inanc məsələsində məcbur edə bilməz.
Bu əsasları mənimsəmiş təhsil siyasətinin dərhal tətbiq edilməsi çox böyük əhəmiyyət daşıyır. Bu sayədə İslam dünyasında və Qərbdə daha çox insan itkisinin qarşısı alınacaq, milyardlarla dollar xərclənməyəcək, terror yayılmayacaq, insanların daha azad və daha təhlükəsiz yaşaması təmin olunacaq. Yayılan zorakılığa qarşı silahla deyil, təhsillə mübarizə aparmaq, mütləq tətbiq edilməli olan, daha humanist və qalıcı çarə olacaq.
Bəs İslam adına ortaya çıxan radikalizmə qarşı uğurlu ideoloji mübarizəni kim apara bilər? Mənfi təbliğata qarşı doğrusunu kim deyə bilər?
Bu mövzuda İŞİD-lə nəzəriyyədə eyni ideologiyanı müdafiə edən mühafizəkar din alimlərinin kömək etməyəcəyi aşkardır. Reformist müsəlmanlardan imdad diləmə də yersiz olur. Çünki İslamın islahata və ya modernləşməyə ehtiyacı yoxdur.
Müsəlmanların ehtiyac duyduğu şey, fanatik və mühafizəkar təfəkkürdən təmizlənmiş olaraq, Quranın səmimi iman, ağıl və sevgi ilə çatdırılmasıdır.
Bəs hansı üsulla bu radikal terroru yox edə bilər və bəzi müsəlmanları düşdükləri bu problemdən azad edə bilərik? Müəlmanların ehtiyacı fanatik zehniyətdən təmizlənmiş Quranın səmimi iman, ağıl və sevgi ilə anladılmasıdır.
Dünyanın sülhə və sabitliyə qovuşa bilməsi üçün radikalizmə qarşı ideoloji mübarizəni gücləndirmək lazımdır. Heç bir nəticə verməyən, hətta radikalları daha çox radikalizmə istiqamətləndirən zorakılığın əvəzinə, qəti həll yollarının üzərində dayanmaq lazımdır. Bu ideoloji mübarizə, şiddəti qızışdıran xurafatların əsassızlığını göstərmə istiqamətində olmalıdır. Şiddəti, intihar hücumlarını və düşmənçilik anlayışını kökündən dağıdan məntiqli, Qurani dəlillərlə ideoloji iş aparılması, eyni zamanda zorakılığa əsaslanan mentalitetin yanlışlığının elmi dəlillərlə açıqlanması, terrorizmin fikri bazasını tamamilə çökdürəcək.
Bunun baş verməsi üçün siyasətçilərə, fikir adamlarına, QHT-lərə, cavan-qoca demədən sağlam düşüncəli hər bir vətəndaşın cəhdinə ehtiyac var. İdeoloji səhvlər maarifləndirmə yolu ilə aradan qaldırıla biləcəyindən bu istiqamətdə konfranslar, sərgilər, məlumatlandırma toplantıları keçirmək, qəzet, buklet və elan lövhələrində maarifləndirmə yazıları dərc etdirmək, məktəblər və mətbuat yolu ilə daha çox kütləyə çatmaq məqsədi güdülməlidir. Elmi mübarizə sevgini əsas götürməli, zorakılığa və qəzəbə istiqamətverici heç bir mesaji əhatə etməməli, terrorizmə yönəlmiş təbəqələrin mütləq tərbiyə edilə biləcəyi unudulmamalıdır.
Adnan Oktarın «The China Post»da dərc edilən məqaləsi:
http://www.chinapost.com.tw/commentary/letters-to-the-editor/2016/05/30/467696/p2/Will-the.htm