Yaxın keçmişdə Türkiyə mediasını sarsıdan bir hadisə yaşanıldı. Gənc qızımız Özgəcan Aslan insanlığa sığmayan hücuma məruz qalaraq şəhid oldu. Əslində həm ölkəmizdə, həm də dünyada cinsi zorakılığa, fiziki şiddətə məruz qalan, öldürülən qadın xəbərləri elə gün olmur ki, yayımlanmasın. Həmçinin belə cinayətlər təhsildən, intellekt səviyyədən, mədəniyyətdən asılı olmayaraq, hər kəs tərəfindən törədilir. Ölkələrin inkişaf səviyyəsi ilə qadına verilən dəyər arasında mütənasib bir əlaqə olduğu zənn edilsə belə, statistika dünyanın demək olar ki, hər yerində qadınlara təzyiq, zorakılıq və hücum faktlarının olduğunu göstərir.
Bu gün dünyada yaşayan qadınların yarısı ərləri tərəfindən zorakılığa məruz qalır. Çində ildə 1 milyon qız uşağı doğulan kimi öldürülür. Dünyada zorakılıq ucbatından ölən qadınların sayı 40-50 milyona çatır. Beynəlxalq Köç təşkilatı hər il 2 milyon qadının ölkədən xaric edilərək qadın ticarətində istifadə edildiyindən bəhs edir. (http://ihd.org.tr) Ən azı 54 ölkədə qadın-kişi ayrıseçkiliyi qanunlarda da biruzə verir. Hər 3 qadından biri döyülür, cinsi istismara və təcavüzə məruz qalır. Cinayətə qurban gedən qadınların 70%-i qarşı cins tərəfindən öldürülür. Qadınlar təkcə cinsi istismar və şiddətə məruz qalmırlar. Eyni zamanda iqtisadi cəhətdən də istismar edilirlər. Məsələn, dünyadaki işlərin 66%-ni qadınlar edir, lakin dünyadaki ümumi gəlirin sadəcə 10%-una ,mülkiyyətin isə 1%-nə sahib ola bilirlər. Başqa sözlə, dünyadaki işlərin 34%-ni kişilər görür, amma ümumi gəlirin 90%-i və mülkiyyətin 99%-nə onlar sahib olurlar. (http://bilgimce.com/belirligun/dunyada-turkiyede-kadinlarla-ilgili-istatistik.html ).
Qadınlar keçmişdə də, ində də təcavüzə və iqtisadi istismara məruz qalırlar. Sosioloqlar və psixoloqlar qadına qarşı şiddətin əsas səbəblərini elmi cəhətdən araşdırırlar. Bu tədqiqatlarda işsizlik, yoxsulluq və savadsızlıq kimi sosial problemləri və narkotik istifadəsinin, uşaqlıqda şiddətə məruz qalan kişilərin psixi pozğunluqlarının və ictimai təzyiqin, qadına qarşı şiddətin əsas səbəbləri olduğunu bildirirlər. Şiddət və təcavüzkarlığın kişilərin təbiətində olduğunu, bu xarakterin kişilər üçün cəsarət, enerji və cəsurluq mənasına gəldiyini deyərək çox səthi və məntiqdənkənar fərziyələr ortaya atırlar. Ancaq bunların heç biri qadına qarşı törədilən zorakılığın qarşısını ala bilmir.
Elmi tədqiqatların nəticələri qadın zorakılığına qarşı görüləcək tədbirlər üçün əhəmiyyətlidir. Lakin tədqiqatların və görülən tədbirlərin nəticə vermədiyini hamımız bilirik… Çünki nə gəlir və təhsil səviyyəsinin yüksək olması, nə də ölkələrin inkişaf etmiş olması qadına qarşı şiddətə mane ola bilmir. Necə ki ABŞ-da hər 6 dəqiqədə bir qadına təcavüz edilir. İngiltərədə hər 7 qadından biri birlikdə olduğu kişi tərəfidən təcavüzə məruz qalır. Fransada hər ay 6 qadın ailədaxili şiddət səbəbindən ölür. (http://www.wonderslist.com/10-countries-highest-rape-crime/) Ölkəmizdə də vəziyyət fərqli deyil, qadınlarımızın 97%-i zorakılığa məruz qalır. Necə ki bu son iki 2 ayda 30-dan çox qadın həyatını itirir.
Narahat edici bu göstəricilər dünyada qadınların şiddət, psixoloji təzyiq, bərabərsizlik, ayrıseçkilik və haqsızlıq edilərək yaşadıqlarını göz önünə sərir.
Qadına qarşı siyasi və ictimai təzyiq keçmişdən bəri davam edən çirkin alışqanlığa çevrilib. Dünyanın ən inkişaf etmiş və zəngin ölkələrində belə rast gəlinən bu düşüncələrin arxasında qadına yarım varlıq kimi münasibət göstərilməsi də dayanır. Bunun nəticəsində qadın əzilməyə məhkum, məzlum, təzyiq görülməyə layiq bir varlıq kimi qəbul edilir. Qadınların dünyanın çox ölkəsində təhsil almaqdan məhrum edilməsində, evə həbs edilməsində, işləmək, kariyera qurmağına məhdudiyyətlərin qoyulmasında, işlədiyi yerlərdə bərabərsizlik və ayrıseçkiliklə qarşılaşmasında, beləcə cəmiyyətin ən kasıb, ən müdafiəsiz və zəif fərdinə çevrilməsində bu yanlış düşüncənin böyük təsiri var.
Bütün dünyada formalaşan qadınlara qarşı bu yanlış düşüncənin və yanlış qadın hüququ axtarışının dəyişilməsi lazımdır… Ancaq qınayaraq, ayıblayaraq, ya da göstəriş üçün qəbul edilən qanunlarla bu hüquq axtarışının həll edilməyəcəyi məlumdur. Qadına sosial həyatda , siyasətdə, ictimai sahədə, küçədə, evdə, qısası, hər yerdə üstünlük verilməsi əhəmiyyətlidir. Qadın zorakılığına qarşı çəkindirici xarakterli qanunların olması, şiddətə məruz qalan qadınlar üçün sığınacaqların sayının artırılması, zorakılığa qarşı təşkil edilən kampaniyalar, ana-ata təlim proqramlarının başlaması medianın qadın zorakılığının qarşısını alan verilişlərin hazırlanması bu yöndə atılan müsbət addımlardır. Ancaq əsas olaraq hamı qadına zorakılıq edənlərin ağır şəkildə cəzalandırılmasını istəyir. Halbuki əsl diqqət edilməli nüans bu hadisələrin bir də təkrarlanmaması üçün həll yolu tapmaq və qadına əl qaldırmağın qarşısını almaqdır.
Buna həll yolu tapmaq üçün problemin əsas mənbəyini tapmaq lazımdır. İllərdir insanlara təlqin edilən, dinsiz təhsil sisteminin nəticəsində yaranan inancsızlıq cəmiyyətdəki zorakılığın əsas mənbəyidir. Çünki insanlar kainatın, təbiətin, canlıların bir yaradıcısı olduğunu, hamının yaşamaq haqqının olduğunu düşünmür. Eqoizm, özünü bəyənmək, mənfəətçil insanlar hər şeydən narazı bir ruh halına sahib olmağa başlayırlar. Bu da cəmiyyətdə sahiblənmə, qısqanclıq, sevgisizlik və nifrət hissini oyatmağa başlayır. Şəfqətin, mərhəmətin, anlayışın yerinə dava-dalaş, təcavüzkarlıq və münaqişə keçir. Haqlının deyil, güclünün qalib gəlməli olduğu inancı dünyanı sevgisizlik cəhənnəminə çevirir.
Eqoist, mənfi düşüncəli, partlamağa hazır bomba kimi yaşayan insan modeli zəngin də olsa, onlarla universitet bitirsə də, kirlənmiş ruhundakı zorakılıq anlayışından heç cürə əl çəkə bilmir. Eqoizm və sevgisizlik fərdləri özündən başqasına dəyər verməməyə yönləndirir. Sadəcə şəxsi mənfəət üçün birlikdə olan qadın və kişi vaxt keçdikcə bir-birindən nifrət edir və nəticədə kişiyə görə daha zərif olan qadınlar ciddi şəkildə zorakılığa məruz qalır. Ən gözəl evlər bir anda qadın üçün zindana çevrilir, ya da ən gözəl mühitlər qadın üçün fəlakətli bir yerə çevrilir.
Problemin həlli üçün zehinlərdə qadını yarım varlıq olaraq görən səhv, fanatik fikirlərin dəyişməli olduğu aydındır. Qadın Allah`ın bu dünyadakı ən gözəl təzahürüdür və çox özəl bir varlıqdır. Yanlış ideologiyalar tərəfindən təlqin edilməyə çalışılan zehniyyətin əksinə qadının mərhəmətdə, şəfqətdə, sevgidə, sədaqətdə, vəfada, zəriflikdə, təmizlikdə, incə düşüncədə, keyfiyyətdə, gözəllikdə və bir çox mövzuda kişidən daha üstün olduğu izah edilməli, həmçinin qadınların, incə, nazənin olduqları, xoş və çox ağıllı olduqları xatırladılmalıdır.
Unudulmamalıdır k,i kişi daha səthi düşündüyü halda qadın daha dərindən və incəliklərlə düşünür. Sənətə, estetikaya olan meyli də çox daha güclüdür qadının. Bu səbəbdən qadın dünyanın bəzəyi, gözəlliyi və ən böyük nemətidir. Allah qorxusu və Allah sevgisi ilə birlikdə qadının bu xüsusiyyətlərinin davamlı, əhatəli, ciddi və təhsillə gənclərə izah edilməsi həyati əhəmiyyət kəsb edir. Allah qorxusu və Allah sevgisi olan bir insan qarşısındakı qadını Allah`ın yaratdığını bildiyi üçün ona qarşı böyük bir sevgi və hörmət bəsləyər. Allah qorxusu olan bir kişi qadına qarşı ən kiçik bir incidici söz söyləməz və onu var gücü ilə qoruyar.
Adnan Oktarın «Urdu Times»da nəşr olunan məqaləsi