Tarix boyunca qadını dəyərsiz görən və onlara qarşı zorakılıq edən cəmiyyətlərə tez-tez rast gəlmişik. Bu dövrün ən başlıca problemlərindən biri qadın zorakılığıdır. Beynəlxalq təşkilatlar hər il bu problemin psixoloji və mədəni səbəblərini, cəmiyyətə təsirini və qadınlara verilən zərərləri tədqiq edir. Beynəlxalq qurumlar qadın zorakılığına qarşı hüquqi sanksiyaları yenidən nizamlayaraq bu problemin qarşısını almağa çalışır. Ancaq bütün səylərə baxmayaraq, bu problem həll olunmayıb.
BMT-in məlumatlarına görə dünya əhalisinin 49,7 %-i qadınlardan ibarətdir. Ancaq çox ölkədə qadınlar sadəcə məruz qaldıqları zorakılıqlara görə xatırlanırlar. İş, siyasət, təhsil kimi fərqli sahələrdə qadınlara demək olar ki, hər cəmiyyətdə gizli, ya da açıq şəkildə ayrıseçkilik edildiyini bilirik. Dünyada 500 böyük firmadan sadəcə 13-də qadın idarəçi var. Siyasətdə də vəziyyət eynidir. Beynəlxalq məclislərdəki qadın nisbəti sadəcə 23 ölkədə 30%-ə çatır. Digər tərəfdən, dünyadakı 2 milyon yoxsulun 70%-i qadınlardan ibarətdir, oxumaq-yazmaq bilməyənlərin 2/3-i qadınlardır.
Fundamental Hüquqlar üzrә Avropa İttifaqı Agentliyi 28 Avropa ölkəsindən 18-72 yaş arasındakı 42000 qadın arasında böyük bir tədqiqat aparıb. Hesabatda bildirilir ki, ən çox zorakılıq tətbiq edilən ölkə 52%-lə Danimarkadır. 45%-i Hollandiya və 44%-i Fransadır. 28 ölkədə zorakılığın faiz nisbəti isə 33%-dir.
Hesabatdakı məlumatlara görə hər 10 qadından biri 15 yaşından etibarən cinsi zorakılığa məruz qalır və hər 20 qadından birinə təcüvüz edilir. Həmçinin hər 5 qadından biri keçmiş, ya da evli olduğu həyat yoldaşı tərəfindən zorakılığa məruz qalır. Buna baxmayaraq, qadınların sadəcə 14%-i ərindən və 13%-i başqaları tərəfindən məruz qaldıqları zorakılığa görə rəsmi qurumlara müraciət edib. 2011-ci ildə ABŞ hökumətinin apardığı tədqiqatlara görə hər 4 qadından birinin şiddətə məruz qaldığı məlumdur. 29 milyon qadın sevgilisi, ya da əri tərəfindən fiziki zorakılığa məruz qalır. Qadınlarla aparılan söhbətlərdə ərlərinin onları boğmağa çalışdıqlarını, döydüklərini, bıçaqladıqlarını və silahla vurduqlarını deyirlər.
Tədqiqat aparılan ölkələrə baxanda qəribə və düşündürücü nəticələr yaranır. Danimarka, Hollandiya, Fransa və ABŞ rifah səviyyəsi yüksək olan ölkələrdəndir. Bu ölkələrdəki kimi iqtisadi zənginlik, ya da sadəcə məlumat toplamağa yarayan, lakin insanların vicdanlarına təsir etməyən təhsil sistemi ilə zorakılığın aradan qalxmadığı çox aydın görünür.
Müsəlman ölkələrə baxanda da bu problemlərin digərlərindən fərqli olmadığını görürük. Bunun səbəbi çox İslam ölkəsində qadının ikinci təbəqəli kimi qəbul edilməsi və buna da müxtəlif İslam mənbələrindəki xurafatların dəlil göstərilməsidir. Qadınlara təzyiqin dində əmr edildiyini müdafiə edən bu xurafatçı düşüncəyə görə qadınların azadlığını müdafiə edənlər dinə zidd hərəkət edirlər.
İllərdir insanlara təlqin edilən,materializm və bunun nəticəsində yaranan inancsızlıq cəmiyyətdəki zorakılığın əsas səbəbidir. Eqoist, təkəbbürlü, mənfəətçil insanlar heç bir şeydən qane olmamağa başlayırlar. Bu da cəmiyyətdə heyvani bir sahiblənmə, qısqanclıq, sevgisizlik və nifrət hisslərini yaradır. Şəfqət, mərhəmət və anlayışın əvəzinə münaqişə üstünlük təşkil edir. Haqlının yox, güclünün qalib gəldiyi inancı dünyanı sanki bir sevgisizlik cəhənnəminə çevirir.
Təkəbbürlü, qəzəbli insan modeli zəngin də olsa, universitet də bitirsə, kirli ruhundakı zorakılıq hisslərini heç cür tərk edə bilmir. Eqoizm və sevgisizlik insanlarda başqalarına qarşı hörmətsizliyə gətirib çıxarır. Sadəcə şəxsi mənfəətləri üçün bir-birini sevdiyini zənn edənlər bir az keçən kimi bir-birlərindən nifrət etməyə başlayır və kişiyə nisbətən fiziki cəhətdən daha zəif olan qadınlar zorakılığa məruz qalır. Belə vəziyyətdə isə ən gözəl ev belə qadının gözündə zindana çevrilir. Ən gözəl mühitlərdə olsa da, bu cür qadınlar sıxıntı keçirir.
Qadın istismarı bir çox yanlış ideologiyanın səbəb olduğu bir fəlakətdir. Ancaq bu istismarın xüsusilə İslam ölkələrində qarşısı alınsa, problem bütün dünyada həll ediləcək. Əgər Quranda əmr edildiyi kimi, qadını qorumaq və üstün bilmək anlayışları yayılsa, onda qadınlara qarşı törədilən cinayətlərin, təcavüzlərin, zorakılığın qarşısı alınacaq. Qadına dəyər verən cəmiyyətlər digərlərinə nümunə olar və bu yanlışın bütün dünyada düzəldilməsinə şərait yaranar.
Qadın Allah`ın dünyadakı ən gözəl təzahürlərindən biridir və çox möhtəşəm varlıqdır. Allah`dan qorxan və Allah`ı sevən kişi qadına qarşı incidici söz deməz və onu var gücü ilə qorumağa çalışar.
Beynəlxalq təşkilatlar xüsusilə əxlaqi təhsil verməli və Allah sevgisini insanlara aşılamalıdır. Qadını incitməyin bütün kainatı yaradan Allah`ın bəyənmədiyi bir əxlaq olduğunu bilmək və buna görə də Onun sevgisini itirməkdən qorxmaq lazımdır. Bu barədə liseylərdə, universitetlərdə təlimlər, konfranslar təşkil edilə bilər. Sevgi, mərhəmət bütün dünyaya hakim olduqdan sonra zorakılıq da aradan qalxar və qadın sevgisi Allah`ın izni ilə bütün dünyaya yayılar.
Qadına haqqı olan dəyəri verən cəmiyyətlər həmişə xoşbəxt, azad olur və inkişaf edir. Qadına dəyər verən cəmiyyətlər süqut etməz, daima irəliləyər və demokratikləşər. Dolayısı ilə qadınları qorumaq və onlara layiq olduqları dəyəri vermək bütün dünyada ehtiyac olan bir şeydir.
Adnan Oktar'ın National Yəməndə nəşr olunan məqaləsi.
http://nationalyemen.com/2014/11/14/the-solution-to-violence-against-women-love-of-god/