Günəş sisteminə səfərə çıxdığınızı düşünün. Bu səfərdə dondurucu soyuqluğu, yandırıcı istiliyi, zəhərli qazlardan ibarət atmosferi, qorxunc fırtınalar əsən və suya malik olmayan planetlərlə qarşılaşasınız. Yalnız “mavi planet” adlanan Yer kürəsinin atmosferindən litosferinə, istiliyindən maqnit sahəsinə və elementlərindən Günəşə olan məsafəsinə qədər hər şey canlıların yaşaması üçün ən əlverişli şəkildə yaradılmışdır.
Dünyanın canlı aləmi üçün əlverişli olmasının ən mühüm səbəblərindən biri suyun miqdarıdır. Yer kürəsinin əksər hissəsi, yəni təxminən 70%-i sularla örtülüdür. Bu sularda müxtəlif rəngləri, müxtəlif bioloji sistemləri, qeyri-adi ovlanma və müdafiə taktikaları olan milyonlarla canlı növü yaşayır. Başqa sözlə desək, dünyadakı canlı növlərinin 90%-i bu sularda yaşayır. Müasir texnologiya sayəsində kəşf olunan canlıların sayı günbəgün artır.
“Scientific Reports” jurnalının 2016-cı ilin dekabr ayında yayımlanan son araşdırmasına görə, Hind okeanının təxminən 3 km dərinliyində isti su qaynaqları ətrafında 6 yeni canlı növü kəşf edilmişdir. Bu yeni növlər dəniz dibinə qədər enən və uzaqdan idarə edilən dənizaltı robotlarla aparılan araşdırmalar nəticəsində kəşf edilmişdir. Yeni dəniz canlılarının dəniz ilbizi, okean soxulcanı, dəniz minarəsi, hoff xərçəngi və qum qurdu növlərinə aid olduqları bildirilmişdir.
İngiltərənin Sauthempton Universitetində dr.Con Kopley rəhbərliyi ilə bir qrup heyət tədqiqatlar apardılar. Onlar okean dibində hidrotermal bacaların olduğu futbol stadionu böyüklüyündəki bir sahəni müşahidə altına aldılar. Araşdırma aparılan bu okean dibindəki bacaların mis və qızıl mineralları baxımından olduqca zəngin olduğu kəşf edildi. Bu sahənin gələcəkdə isə dəniz mədənçiliyi üçün dəyərləndirilə biləcəyi müəyyən edildi. Hidrotermal bacaların ətrafında bir çox dəniz canlısının yaşadığı və bu canlıların buradan çıxan isti mayelərlə bəsləndiyi haqqında danışılır.
Şübhəsiz ki, dəniz dibində yaşayan canlılar canlı növlərinin yalnızca bir hissəsidir. Təxmini hesablamalara görə, yer üzündəki canlı növlərinin sayının 100 milyon olduğu müəyyən edilmişdir. Harvard Universitetindən prof. Edvard Uilson “Təbiətin gizli bağçası” (In Search of Nature) adlı kitabında canlı növlərindəki müxtəliflik haqqında belə demişdir:
“Əvvəlcə bioloji müxtəliflik mövzusunu düşünün. Dünyadakı canlı növlərinin sayı tam olaraq bilinmir. Bu günə qədər təxminən 1,5 milyon növə ad verilmişdir, amma gerçək say təxminən 10 milyonla 100 milyon arasındadır ...”
Uca Allah müqəddəs kitabımız Quranda “O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır” (Nəhl surəsi, 8) ayəsi ilə canlı müxtəlifliyi haqqında məlumat vermişdir. Texnologiyanın inkişaf etməsinə baxmayaraq, 100 milyon canlı növündən yalnız 1,5 milyonunun müəyyən edilməsi ayədə bildirildiyi kimi, "hələ bilmədiyimiz" neçə canlı növünün yer üzündə yaşadığının dəlillərindəndir.
Okeanların minlərlə metr dərinliyindəki günəş işığı düşməyən yerlərdən qütb bölgələrindəki dağların zirvəsinə qədər hər yerdə çox sayda canlı növü yaşayır. İnkişaf edən texnologiya Allahın yaratdığı bütün canlıları təsbit etməkdə aciz qalır. Hər bir canlı Allahın sonsuz elminin bənzərsiz və qüsursuz təzahürüdür. Allah Quranda belə bildirir:
Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)
Mənbə:
https://www.sciencedaily.com/releases/2016/12/161215080853.htm
Adnan Oktarın “News Rescue”da yayımlanan məqaləsi:
http://newsrescue.com/newly-discovered-species-manifestation-gods-infinite-knowledge/