Yaxın Şərqdə hər radikal təhlükənin arxa planında bir ittifaq vardır: İran-ABŞ ittifaqı! Bunun ən bariz nümunəsini Əfqanıstan müharibəsində ABŞ-ın Taliban rejiminə qarşı həll yolu axtarması zamanı görmüşdük. İranın inkişafına mane olan və resurs əldə edə bildiyi bütün yollarını kəsən, həmçinin İranı nüvə proqramı ilə bağlı fəaliyyətlərinə görə xüsusilə İsrail tərəfdən bölgənin ən böyük təhlükəsi hesab edən ABŞ gözlənilməyən bir həmlə ilə Talibana qarşı İranla əməkdaşlıq etmişdi. ABŞ-ın müdafiə naziri Çuk Haqel bu gerçəyi ötən günlərdə özü də açıqlamış və eyni vəziyyətin indi də mümkün ola biləcəyini vurğulayaraq "burada ümumi mənfəət əldə etdiyimiz bir tariximiz var" demişdir.1
Bu vəziyyət Əfqanıstan məsələsi ilə məhdudlaşmamışdır, həmçinin şiə və kürdləri qətl etmək və şiə təriqətli İranı təhdid etmək üçün Bəəs diktatorluğu quran Səddama qarşı da həmin ittifaq davam etmişdi. Bu hala daha sonra da rast gəlinmişdi. Amerikanın hakimiyyətə gətirdiyi Maliki İranın da razılığını almışdı; Malikinin istefası da yenə İranın vasitəçiliyi ilə gerçəkləşmişdi.
Son zamanlar bu əməkdaşlıq yenidən davam edir. Səbəb isə Yaxın Şərqdəki yeni, genişmiqyaslı və olduqca böyük radikal təhlükənin mövcudluğudur. İŞİD-ın qəfil həmlələri, Suriya və İraqdakı işğalları, Liviya və Livana etdiyi çoxsaylı təhdidləri bir anda İran və ABŞ-ın adını gündəmdə daha çox aktuallaşdırdı. Bu qəribə ittifaqın İran üçün bu üstünlükləri olacaqdı: Birinci; "radikallarla mübarizə aparan Əsəd" görüntüsü guya gerçək kimi görünəcək və Suriyada Əsəd sanki bir "bəla" kimi təqdim edilərək Amerika tərəfdən üstünlük əldə edəcəkdi. İkinci isə nüvə PROGRAMl ilə bağlı danışıqlar aparılacaq və güzəştlər ediləcək və beləliklə, ABŞ-ın qoyduğu embarqoların sayı azalacaqdı. Burada ABŞ-ın üstünlüyü isə radikallara edilən yardım və ittifaq idi. İŞİD-lə mübarizə üçün İranın hərbi dəstəyi isə ABŞ üçün əvəzolunmaz bir üstünlük idi. Ərbil yaxınlığında İŞİD ilə toqquşan peşmərgəyə ilk dəstəyin də məhz İrandan göndərildiyini xatırlatmaq lazımdır. Amma buradakı əsas məsələ İranın ABŞ-a göndərdiyi güclü təşkilat idi.
Bugün gördüyümüz bu mənzərə bu planın tam şəkildə tətbiq edildiyini göstərir. Əsəd hazırda qərb bölgəsində qorunur. Sadəcə oktyabr ayında tam 1231 vətəndaş Əsəd ordusu tərəfindən şəhid edilmişdir. Amma bu müstəsna rəqəm mətbuat gündəminə gətirilmir.
Haqqında danışdığımız ittifaqla bağlı ötən günlərdə Wall Street jurnalında açıqlanan Obamaya aid məktub əslində bütün şübhələri aradan qaldırır. Bu məktuba əsasən ABŞ-ın prezidenti İranın dini lideri Xomeyniyə İŞİD ilə mübarizənin iki ölkənin də xeyrinə olduğu bildirilmiş və bunu asanlaşdırmaq üçün noyabr ayının 24-də İranın BMT Təhlükəsizlik Şurası ilə nüvə proqramı barədə razılığa gəlinməsini istəmişdi. Ağ Ev tərəfindən "xüsusi" olaraq xarakterizə edilən bu məktub əslində məlum elan idi. Nüvə proqramı ilə bağlı görüşlərdə bir addım atılacaq, sanksiyalar daha da sərbəstləşdiriləcək və hər şey Əsədin fəaliyyətini davam etdirməsi üçün təmin olunacaqdı. Ortaq hədəf isə İŞİD idi.
Bu ittifaq rəsmi nümayəndələr tərəfindən gizlədilmir. Princeton universitetindən İran rəsmi nümayəndələri Emad Kiyaei Business İnsidera belə bir açıqlama etdi: "İran ilə İŞİD movzusuda əməkdaşlıq qurmaq ABŞ-ın milli maraqları üçün zəruridir- İranın bu haqda həm məlumatı, həm də bölgə üzərində təcrübəsi və bölgədə də adamları vardır. Əgər Əfqanıstan, İraq və İŞİD kimi üç vacib təhlükəni nəzərdə tutaraq eyni düşmən ilə mübarizə edirsinizsə, hərbi koordinasiya, hətta əməkdaşlıq heç də qəribə mənzərə kimi görünmür.2
Qəribə olan əməkdaşlıq deyil, əməkdaşlığın nə ilə bağlı olduğudur. Bunu bu cür izah edək:
Türkiyənin xarici siyasətində hər zaman ABŞ da, İran da Türkiyənin müttəfiqi olmuşdur. Hər iki ölkənin tərəqqisi və güclənməsində Türkiyənin rolu böyük olub. Nüvə proqramı ilə bağlı görüşlərdə Türkiyə İrana böyük dəstək olmuşdur. Həmçinin ABŞ-İran ittifaqının da hər zaman bölgədə olmasını da istəyirik. Amma bu birliyin müsəlman ölkələrinə qarşı müharibə məqsədilə qurulması da çox qorxunc bir haldır. ABŞ Yaxın Şərqdə hər zaman bir üsul tətbiq etmiş, radikalizmə qarşı sadəcə hərbi gücdən istifadəni həll yolu bilmiş və bununla da hər dəfə məyus olmuşdur. Bunu bir çox mövzularda bildirmişdik. ABŞ bu məsələdə mütləq siyasi dəyişiklik etməlidir.
Amma cəbhə bölgəsi olan bir ölkə, xüsusilə də müsəlman ölkəsi olan İranın da eyni səhvi etməsi yolverilməzdir. İran bölgədəki mühüm və dəyərli ölkələrdəndir. Geniş yayılmış kəşfiyyat məlumatlarını bölgəni və təhlükələri nəzərə almaq və bu səbəbdən təhsillə bağlı bir siyasət yaratmaq üçün istifadə etməlidir. Dəfələrlə bildirdiyimiz kimi radikalizm bir ideologiya məsələsi olduğu və bu ideologiya İslam haqqında tamamilə yanlış məlumatlara əsaslandığı üçün buna qarşı verilən cavab da ideologiya ilə olmalıdır. Yalnız düzgün məlumatın ötürülməsi ilə bu insanları dəyişə və bölgəni radikalizmdən qurtarmaq olar. Bu da Amerikanın güclü silahlarla haranı vuracağını hədəf almaq və onların mərmilərinə nişan olaraq müsəlmanları göstərməklə yox, sadəcə təhsil və təlimlə olar.
Bu təhsil tam qaranlıq bir dünyada boğulan İran üçün çox mühümdür. İran qərb ölkələrinin döyüş siyasətlərinə deyil, ölkə daxilində və ölkədən kənarda bu təhsili gücləndirməklə xilas olub inkişaf edə bilər.
ABŞ və İran əgər, həqiqətən də, müttəfiq olmaq istəyirlərsə, bu müttəfiqliyi öz mənfəətləri uğrunda deyil, sevgi üzərində qurmalıdırlar. Bunun üçün ABŞ sərt döyüş anlayışından uzaqlaşıb təhsil strategiyasını əsas götürməli, İran da dövlətin qurduğu qorxunc, zalım, müharibənin əsas olduğu həyat formasından uzaq durmalıdır. Müsəlmanın müsəlmana silah tuşlaması hər zaman bu torpaqları fəlakətə düçar etmişdir. Bu zehniyyət davam etdikcə daha böyük fəlakətlərin olması da qaçınılmaz haldır. İran da bu vəziyyəti mütləq dəyişməli, hər zaman sülhməramlı ittifaqlar qurmalıdır.
1. http://edition.cnn.com/2014/06/18/politics/us-iran-iraq/
2. http://www.businessinsider.com/iran-us-alliance-getting-more-likely-2014-9#ixzz3HzugKv6e
Adnan Oktarın Arab News'da yayımlanan məqaləsi: