İŞİD-ə qarşı mübarizədə Türkiyənin mövqeyi

Son zamanlarda bütün dünyanın diqqəti Türkiyə və İrana çevrilib. Bunun səbəbi odur ki, İŞİD-ə qarşı mübarizədə bu iki mühüm ölkə konkret bir qərar qəbul etməyib. Türkiyə Böyük Millət Məclisi (TBMM) 2 oktyabrda ölkə ordusunun İraq və Suriyada hərbi əməliyyatlarda iştirakına icazə verən mandatı təsdiq etdi. 550 nəfərlik Məclisin 298 üzvü bu mandatın lehinə səs verdi. İqtidarda olan Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Millətçi Hərəkat Partiyası (MHP) mandatın lehinə səs verdi, əsas müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının (CHP) və Xalqların Demokratik Partiyasının (HDP) 98 üzvü və Məclisin bir neçə müstəqil millət vəkili mandatın əleyhinə səs verdi.

Bu mandatla əlaqədar bir çox fərqli fikirlər mövcuddur. Müxalifət partiyaları mandatı Amerikanın İraqı işğal etməsi ilə əlaqədar olan, 2003-ci ildə Məclisdə öz təsdiqini tapmayan “1 mart” mandatı ilə müqayisə edir, digər mütəxəssislər isə 1991-ci il “Çəkic gücü” adlandırılan hərəkata (“Combined Task Force-Poised Hammer”) bənzədirlər. Əslində isə sözügedən Suriya-İraq mandatı ilə bəhs edilən digər iki mandat arasında sadəcə bir sıra texniki fərqliliklər vardır.

“1 mart” mandatı İraqda Səddam Hüseyni məğlub etmək üçün başqa bir ölkəyə edilən hərbi əməliyyatla əlaqədar idi. Bu mandat eyni zamanda Türkiyə Silahlı Qüvvələrinin əməliyyatda istifadəsinə və xarici qoşunların Türkiyə sərhədləri daxilində yerləşməsinə imkan verirdi. Mövcud mandatda isə hər hansı bir beynəlxalq birliyin yerləşməsinə və ya “İncirlik” bazasının hərbi əməliyyatlarda istifadə edilməsinə icazə verən hər hansı bir maddə yoxdur.

Əvvəla, onu qeyd edək ki, Türkiyə heç bir zaman hücum məqsədli hərbi əməliyyat keçirməyin tərəfdarı olmamışdır. Bu mandatın məqsədində isə Türkiyə sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi və dinc əhalinin qorunması dayanır. Mandatdakı əsas məsələ milli təhlükəsizliklə bağlıdır.

“Çəkic gücü” mandatı isə BMT ilə birlikdə hərbi əməliyyat planlaşdırmaq üçün təsdiq edilmişdir. Bu birlik “Çəkic gücü” olaraq adlandırılmışdır. Əməliyyat 1991-ci ildə İraqdakı şiələrin, kürd və türkmənlərin həyatlarını xilas etmək məqsədilə təşkil olunmuşdur. 1991-ci il əməliyyatı zamanı 500.000 iraqlı Türkiyəyə sığınmışdır. Türkiyə xarici qoşunların Silopiyə yerləşməsinə yalnız humanitar yardım məqsədilə icazə vermişdir.

Bunları nəzərə aldıqda mövcud mandatın İraqla əlaqədar digər mandatlarla heç bir bənzərliyinin olmadığını görürük.

Bu mandat heç bir müharibə və ya işğal üçün deyil, yalnızca Türkiyə sərhədlərinin və Suriya və İraqdan qaçan vətəndaşların təhlükəsizliyi üçündür. Türkiyə NATO və BMT əməliyyatları çərçivəsində olan hər hansı bir hərbi əməliyyat üçün nə müraciət etmiş, nə də belə bir əməliyyata qoşulmaq niyyətində olmuşdur.

Son günlərdə Kobanidən gələn kürd vətəndaşların intensiv köçünü düşündükdə Türkiyəyə sığınanların təhlükəsiz keçidi və eyni zamanda ölkə sərhədlərinin təhlükəsizliyi üçün təcili adımlar atmalı olduğu açıq şəkildə görünür. Türkiyə eyni zamanda son üç ildə sayı davamlı artan 2 milyon vətəndaşa baxmağn iqtisadi təsirini də düşünməlidir.

Suriya sərhədi daxilində “təhlükəsizlik bölgəsi”nin yaradılması canlarını qurtarmaq üçün qaçan vətəndaşların təhlükəsizliyinin təmin edilməsinin ən yaxşı yoludur. Türkiyə Silahlı Qüvvələri Baş Qərargah Rəisi Necdət Özəlin komandirlərlə birgə hökumətə yönələn bir çıxışı zamanı bunu bildirməsi də olduqca vacibdir.

“1 mart” mandatı Türkiyə Silahlı Qüvvələrində müzakirə edilməsinə baxmayaraq, Baş Qərargah Rəisi hökumətə xüsusi qaydada məlumat verməmişdir. Sözügedən məlumatlandırma kompaniyasında “təhlükəsizlik bölgəsi”nin yaradılması barədə birlik üzvlərinin razılığına diqqət çəkilmişdir. Eyni zamanda o da vurğulanmışdır ki, hava məkanının uçuş üçün qadağan olunması kifayət deyildir və İŞİD (İraq Şam İslam dövləti), həmçinin PYD (Demokratik Birlik Partiyası) quruda döyüşdüyünə və təyyarələrinin olmadığına görə məhz “təhlükəsizlik bölgəsi”nin yaradılması nəticənin əldə edilməsində faydalı ola bilər.

Türkiyənin humanitar yardım və qaçqınlarla bağlı siyasəti çox önəm kəsb edir. Türkiyə hər zaman insanları qorumağa hazır olduğunu bəyan etmişdir, indi bu fəaliyyəti daha da gücləndirməlidir.

Türkiyə əxlaqi üstünlüyünü əsla itirməməli və bu məsələ ilə bağlı öz mövqeyini dəqiqləşdirməlidir. Qisas almağı və ya öldürməyi həll yolu kimi görənlərə əsla dəstək olmamalı və vətəndaşların qorunmasının mühüm olduğunu göstərməlidir. Türkiyə şiddət və zülmdən istifadə edən müxaliflərə deyil, hər zaman diplomatiya, mülayim siyasət və effektiv ideoloji mübarizə aparanlara dəstək olmalıdır.

Adnan Oktarın “Arabian Gazette & Daily Mail & News Rescue”də yayımlanan məqaləsi:

http://www.arabiangazette.com/position-of-turkey-in-war-against-isis-20141021/

http://www.dailymailnews.com/2014/10/27/columns-articles/1.php

http://newsrescue.com/position-turkey-war-isis/#axzz3Hsl83sCb

© 2016 BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANIB