Aralıq dənizinin “dəniz fəlakəti”

Yer üzündə heç bir bölgədə Aralıq dənizindəki qədər çox dövlət və sivilizasiya qurulmamışdır. Bu gün Aralıq dənizinə çıxışı olan 23 ölkə var. Hazırda Aralıq dənizində bir problem var: “Dəniz fəlakəti”.

Aralıq dənizini əhatə edən ölkələr müxtəlif daxili və xarici problemlər yaşayırlar, onları maraqlandıran ortaq bir problemləri var: "Köç".

Köçkünlər Səhra Altı Afrika və Şimali Afrikadan ölümü gözə alaraq mümkünsüz görünən bir hədəfin arxasınca düşürlər, bu riski gözə almalarının da vacib səbəbləri var.

Bunlar köçkünlərin yaşadıqları bölgələrdəki yoxsulluq, işsizlik, qeyri-sabitlik, epidemiya xəstəlikləri, iqlim dəyişikliyi nəticəsində yaranan quraqlıq, vətəndaş müharibələri, daha dəqiq desək can qorxusu...

Afrikadan Avropaya köç üçün 3 yol var. Qaçqınların Mali, Qambiya və Seneqal kimi ölkələrdən İtaliya və İspaniyaya getdiyi yola "qərb marşrutu" deyilir. Qanalı və nigeriyalı köçkünlər orta Aralıq dənizi marşrutundan istifadə edirlər. Somalili, eritreyalı, sudanlı və misirli köçkünlər isə Şərqi Aralıq dənizindən Avropaya keçməyə çalışırlar.

Son günlərdə isə Aralıq dənizində meydana gələn dəniz fəlakətinin iki tərəfi var. Bir tərəf köçkünlərin çatmağı hədəfə aldıqları, lakin onları istəməyən Avropa İttifaqı və köçkünlərin yola çıxdıqları yer olan nəzarətsiz Livan.

Liviyada yeni güclü dövlət qurulmadıqca ölkədə çaxnamalar getdikcə artmaöa davam edur. Xüsusilə sərhəd təhlükəsizliyinin olmaması Afrikadan Liviyaya və sonra isə Avropaya keçidi asanlaşdırdı.

Bu gün Liviyada təxminən 1 milyon insan Avropaya köç etmək üçün gözləyir.

Fransa Elmi Araşdırma Mərkəzinin verdiyi hesabata görə isə 1993-2014-cü illər arasında 29.917 qaçqın Avropaya gedən yolda həyatını itirdi.

Ərəb Baharının başladığı 2011-ci ildə Aralıq dənizində həyatlarını itirən köçkünlərin sayı 1500-1900 idi, 2014-ci ildə bu sayı 3500-ə çatdı. 2015-ci ilin hələ başlarında-aprel ayında bu sayı 1500-ə çatmış vəziyyətdədir.

Ölkələr arasında sərhədlərin olmadığı və inteqrasiya prosesini olduqca inkişaf etdirmiş olan Avropa İttifaqı mövzu köçkünlər olanda ortaq məxrəcə gələ bilmir, çünki hər bir üzv dövlətin öz maraq və mənafeləri var.

Avropa İttifaqının köçkün problemini kökündən həll etmək yerinə köçkünlərin öz torpaqlarına girmələrini maneə yaradır. Bunu da çox məhdud büdcə ilə həll etməyə çalışır.

Məsələn, Avropa Aralıq dənizində köçkün itkilərinin qarşısını Triton əməliyyatları ilə almağa çalışır, həmçinin Aralıq dənizinin Avropaya yaxın sahillərinin 30 mil məsafəyə qədər bir sahədə isə Fronteks (“Frontex”) vasitəsilə olduqca məhdud bir büdcə ilə xilasetmə tədbirləri təşkil edir. 2005-ci ildə fəaliyyətə başlayan Fronteksin vəzifəsi, köçkünlərin nəzarətsiz olaraq su, torpaq və hava yolu ilə Avropa sərhədlərinə girmələrinin qarşısını almaqdır.

Avropa İttifaqı köçkünlərə qarşı əməliyyatlarda pulsuzluğu bəhanə edir, amma bir tərəfdən də müxtəlif sahələrdə pul xərcləməyə davam edir. Bir neçə nümunə verək. İngilis şurası bir sehrbazlıq şousu üçün 19.000 avro , İncəsənət Şurası isə işıqlarla bəzənmiş bir zibil konteyneri üçün 95.000 avro xərcləyə bilir. Nazirlər və rəsmi şəxslər ildə 3 milyon avroluq biskvit yeyir, Avropa Komissiyası xüsusi hava təyyarələri üçün 249.000 avro pul xərcləyir.

Aralıq dənizinin dəniz fəlakətinə son qoymaq üçün doğma yurdlarından köç edərək Avropa İttifaqına sığınmaq istəyənlərə qarşı sədd çəkilməməlidir. İnsanlar bu səddlərə artıq son nəfəslərində çata bilirlər və qayıdacaq taqətləri da qalmır və nəticəsi isə təəssüf ki, ölümdür.

Mühüm olan yoxluq, aclıq və müharibələrdən əziyyət çəkən bu məzlum insanlara həll yolu tapmaqdır. NATO və BMT başda olmaqla beynəlxalq təşkilatların və böyük dövlətlərin ortaq qərarı ilə Liviyada və başqa ölkələrdə təhlükəsiz bölgələr yaratmaq bu həll yollarından biri ola bilər.

Bu insanların təhlükəsizliklərini təmin edə biləcək mühit hazırladıqdan sonra bir tərəfdən də sözügedən ölkələrdə nizamın yenidən bərpa olunması, dövlət nüfuzunun formalaşdırılması, uzunmüddətli sülhün yaradılması üçün addımlar atılmalıdır.

Unutmaq olmaz ki, bu insanların Avropaya getməkdə məqsədləri zövq üçün deyildir. Statistika hesabatlarında sayılar olaraq ifadə edilən rəqəmlər gerçək həyatda insan canı deməkdir. Bu canların qorunmasında isə bütün ölkələr eyni dərəcədə məsuliyyət daşıyırlar.

Adnan Oktarın “MBC Times & News Rescue”da yayımlanan məqaləsi

http://www.mbctimes.com/english/tragedy-on-the-mediterranean-sea

http://newsrescue.com/tragedy-on-the-mediterranean-sea/#axzz3bzyrtPZI

© 2016 BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANIB