Dünyada yaxşılığın yayılacağı bir Ramazan ayı

Bir çox insanın yaxınında və ya uzağında illərdir davam edən vətəndaş müharibələri, qanlı hücumlar və təzyiqlər əslində bütün müsəlmanların üzərində böyük məsuliyyətdir. Bütün İslam dünyasını əhatə edən bu problemlərin bitməsi və məzlum din qardaşlarımızın qurtuluşu üçün böyük-kiçik demədən bütün imkanlarımızı ortaya qoymalı, gücümüz çatdığı qədər cəhd etməliyik. Unudulmamalıdır ki, milyonlarla müsəlman Allah'a dua edərək, digər müsəlman qardaşlarından kömək və dəstək gözləyir.

Hamının ətrafında yaxından şahid olduğu kimi mübarək Ramazanın bərəkəti ilə iman gətirənlər arasında yaşanan bəzi küskünlüklər, problemlər həll edilir. Müsəlmanlar zəkat ibadətini Ramazan ayında daha diqqətlə yerinə yetirir. Sədəqələr bu mübarək ayda yayılır. Qurulan iftar və sahur süfrələrinə kasıblar dəvət edilir. Qardaşlıq, şəfqət, mərhəmət duyğuları artır. Ramazan ayı insanların ilin hər günündə görmək, yaşamaq istədikləri bir çox gözəlliyə səbəb olur. Allah'ın rizasına uyğun olacaq bu üstün əxlaqın Ramazandan sonra da artaraq davam etməsi lazımdır. Əxlaqımızı hər gün daha da gözəlləşdirməyimiz çox önəmli bir mövzu və məsuliyyətdir.

Hər kəsin öz imkanları daxilində dünyada yaxşılığı yayması çox önəmli bir ibadətdir. Allah yolunda edilən hər bir yaxşılıq, deyilən gözəl söz, qardaşlığı artıracaq fəaliyyətlər, Allah üçün edilən hər bir fəaliyyət həm dünyada, həm də axirətdə Allah'ın izni ilə gözəl qarşılıq görəcəkdir. İslam dininin gözəlliklərinin həm söz, həm də davranışlarla insanlara göstərilməsi, sevgi və sülh dini olan mübarək dinimizn Quran ayələrinə əsaslanaraq tətbiq edilməsi də bu ibadətin ən önəmlərindəndir.

Dünyada yaxşılığın yayılması üçün ilk öncə iman gətirənlərin birlik olması, qardaşlıq hissini ən gözəl şəkildə dərk edib, mərhəməti yaşaması ilə mümkün olacaq. Fərqli mühitlərdə böyüsə də, fərqli məzhəblərə aid olunsa da, fərqli dillər danışılsa da möminləri bir araya gətirən və qardaş olmalarını təmin edən Rəbbimizin bizlərə lütf etdiyi İslam dinidir. Onun rizasını qazanmaq üçün ürəkdən səy göstərən iman gətirmiş insanların yaşadığı bu qardaşlığı Allah bizə “Ali-İmran”surəsinin 103-cü ayəsində bildirmişdir.

Hamılıqla Allah’ın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allah’ın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz...

Müsəlmanların həmrəyliyi əslində bütün dünyanın ehtiyacıdır. Quranda əmr edilən qardaşlıq bağı səmimi imanla ən gözəl şəkildə yaşanır. Bu, dünyadakı bütün fərdi və ictimai münasibətin daha gerçək, səmimi, sağlam təməli olan və gücünü heç vaxt itirməyən bir bağlılıqdır. Müsəlmanların həmrəyliyini digərlərindən fərqləndirən şey onların Allah rizası üçün bir-birlərini sevmələrinin verdiyi güc sayəsində böyük mənəvi gücə sahib olmalarıdır.

Dolayısı ilə möminlər güclü imanları ilə az sayda belə olsalar, bütün çətinliklərə qalib gələcək şövq və iradə qazanmış olurlar. Allah’ın “… əgər (həqiqətən) iman gətirmisəniz, çox yüksəkdə durursunuz.” (Ali-İmran surəsi, 139) ayəsindəki vədi ilə bütün dünyada hüzura və sülhə səbəb olacaq yüksək mənəvi güc yaradırlar.

Dünyadakı qarışıqlıqların səbəbi bir çox insanın Quran əxlaqından uzaq şəkildə sevgisizlik, nifrət, kin, düşmənçilik, mənfəətçilik, eqoizm kimi pis əxlaq xüsusiyyətlərini yaşamalarıdır. Bu səbəbdən yaxşılığın yayılması, heç bir qarşılıq gözləmədən xidmət etmək şövqünün olması, məzhəb, irq ayrı-seçkiliyi etməyən həssas, ağıllı, ədalətli, fədakar insanların dünyanın hər yerinə yayılması çox əhəmiyyətlidir. Müsəlmanların Quran əxlaqını tam olaraq yaşadıqlarında ortaya çıxacaq və bütün məzlumlara dincliyi gətirəcək bu mənəvi güc, bəzi insanların laqeydliyi və mərhəmətsizliyini dərhal ortadan qaldıracaq təsirə Allah'ın izni ilə mütləq sahib olacaq.

Hər gün ətrafında əxlaqsızlığın, mərhəmətsizliyin, imansızlığın işarələrini görən və bunlara görə narahatlıq keçirən, sülh, sevgi və dinclik dolu bir cəmiyyət istəyən bir insanın olub bitənlərə bir an belə laqeyd qalmasının böyük bir səhv olacağını heç unutmamalıyıq. Müsəlman qardaşlarımız gücünün çatdığının ən çoxu ilə dünyadakı zülmün tək həlli olan Quran əxlaqının yaşanmasına və yaşadılmasına kömək etməli, yaxşılıq və gözəllik yolunda səy göstərməli, mübarək Ramazanın bərəkətini bütün dünyaya hər zaman yaymağa niyyət etməlidir.

Cənab Adnan Oktarın Tehran Times & Arab Voice-da nəşr olunan məqaləsi

http://www.tehrantimes.com/oped/116892-a-ramadan-when-muslims-dont-fight-muslims

© 2016 BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİ ƏSASINDA HAZIRLANIB