Dünya diqqətini daha çox Yaxın Şərqdəki sünni-şiə münaqişələrinə və ya radikal terror təşkilatlarının həyata keçirdiyi terror hadisələrinə yönəldərkən, köhnə adı ilə Burma, yeni adı ilə Myanmada vətəndaşlıq hüququ belə verilməyən Rohinca (əvvəlki adı Arakan) xalqı neçə illərdir qətliamlara məruz qalır. Müsəlmanların kəndlərini, evlərini, məscidlərini yandıran, qadınlarını və uşaqlarını öldürən bəzi milliyətçi buddist terroristlər bölgədə qan tökməyə davam edir. Zülm və şiddət dolu bu savaşdan ən çox əziyət çəkənlər isə uşaqlar və qadınlardır.
Şəraiti olmayan düşərgələrdə həyatlarını davam etdirməyə çalışan qadınlar bir tərəfdən uşaqlarını necə yedizdirəcəyini, xəstələndikdə necə müalicə edəcəklərini bilməməyin çarəsizliyini yaşayarkən, digər tərəfdən də özlərinə və qız uşaqlarına təcavüz edilib qul edilmələrinin qarşısını almaq üçün həll yolları axtarırlar. Hüquqlarını qorumaq üçün qanuni yollara baş vurduqda isə öldürülürlər. Bir çox gənc qız özünü uçurumdan aşağı və ya dənizə ataraq intihar edir.
Dünya isə bu ölkədən gələn səslərə və zülmə seyirci qalmağa davam edir. Dünyanın bu münasibəti qarşısında Myanmadakı müsəlmanların faciəli həyatı hər gün daha da pisləşməyə doğru gedir. Bütün İslam təhsil müəssisələri və məscidlər bağlanır, həccə getmək, qurban kəsmək, kütləvi şəkildə namaz qılmaq və digər ibadətlər qadağan edilir. Qanunlara və insan hüquqlarına zidd olaraq həbslər və beynəlxalq qurumlar tərəfindən də sübut edilmiş işgəncə faktları Myanma rəhbərliyinin gündəlik gördüyü işlərdir. Qısası, arakanlı müsəlmanların dini hüquq və azadlıqları, dinlərini istədikləri kimi yaşamaq hüququ əngəllənmışdır.
2012-ci ildən etibarən Myanmada baş verən hadisələr və Arakan əyalətində yaşayan müsəlman xalqı hədəf alan şiddət hadisələrində 200 nəfər öldü, 140 min insan evsiz qaldı. On minlərlə müsəlman boğulmağı gözə alaraq qayıqlarla çarəni Tailand, Malaziya və Avstraliya kimi qonşu ölkələrə sığınmaqda tapır. Üstəlik canlarını heçə sayaraq çıxdıqları bu səfər üçün insan tüccarlarına böyük məbləğdə pul ödəyirlər.
Arakanlı müsəlmanların ən çox üz tutduğu ölkələrdən biri isə Banqladeşdi. Dünyanın ən yoxsul ölkələri arasında yer alan Banqladeşdə məhdud imkanlarla həyatlarının davam etdirməyə çalışan təxminən 500 min arakanlı qaçqın çadırlarda gigiyena, səhiyyə, təhsil, sığınma, təmiz su, gida və geyim kimi ən vacib ehtiyaclar məsələsində belə böyük problemlər yaşayırlar. Bütün bu ağır şəraitə baxmayaraq arakanlılar yenə də Banqladeşə sığınmağa çalışırlar. Ancaq Banqladeş də artıq arakanlıları qəbul etmir.
Bir anlıq özünüzü bu insanların yerinə qoyun. Vətənim dediyiniz yerdə hər cür zülmə məruz qalır, uşağınıza verməyə yemək, geyinməyə paltar tapmırsınız. Övladınızın, yoldaşınızın namusunu qoruya bilmir, ölüm və intiharlarına şahid olursunuz. Şübhəsiz ki, bu, insanın dünyada hiss edə biləcəyi ən böyük acılardan biridir.
Dünyanın görməzdən gəldiyi bu vəziyyətin çox daha yüngülü Qərb ölkələrində meydana gəldikdə isə böyük təsir meydana gətirir. Əlbəttə ki, hücum qarşısında reaksiya vermək, hücumlara qarşı çıxmaq və hücumu insanlıq cinayəti olaraq qiymətləndirmək normaldır. Bu səbəbdən Qərbdə meydana gələn oxşar hadisələrə reaksiya vermək təbiidir. Ancaq eyni insanların şiddətin ən ağır formasına məruz qalan Arakan müsəlmanlarının yaşadıqları zülm qarşısında eyni reaksiyanı verməmələri və səssiz qalmaları onlar adına utancvericidir. Məlumdur ki, onlar öz ərazilərindən çox uzaqda olan, özləri kimi müasir hesab etmədikləri, etnik quruluşları fərqli olduğundan, bəlkə də aşağı səviyyəli gördükləri bu məzlum və dəyərli xalqı diqqətə almırlar. Halbuki zülm görən insanlara qarşı münasibət hər yerdə eyni olmalı və bütün insanlıq zülmün başa çatması üçün birləşməlidir.
Bu məsələdə şübhəsiz ki, BMT-yə də böyük məsuliyyət düşür. BMT əsas prinsipi olan «bütün insanların yaşamaq hüququnu qarantiya altına alacaq» tədbirləri dərhal Myanma üçün tətbiq etməlidir. Təcavüz, işgəncə, haqsız yerə həbs edilmələr, yaralama, öldürmə kimi insanlıq əleyhinə cinayətlərin aradan qaldırılması üçün BMT tərəfindən monitorinqlər aparılmalı, evlərindən uzaqlaşdırılan xalqın kəndlərinə geri qayıtmaları və burada təhlükəsiz şəraitdə yaşamaları təmin edilməlidir. Bu qanusuzluqları edənlər insan hüquqları məhkəməsində mühakimə edilməli, Arakan xalqının vətəndaşlıq hüququnu əldə etməsi üçün işlər görülməlidir. Beynəlxalq mediya isə Myanmada baş verənləri işıqlandıraraq vicdanları hərəkətə keçirməlidir.
Arakanlı müsəlmanların ölkədəki bütün digər vətəndaşlar kimi təhsil, səhiyyə, dərman və müalicə kimi hüquqlardan faydalanmaları və bütün insan hüquqlarına sahib olmaları təmin edilməlidir. Ölkədəki zülm və şiddətin mərkəzindəki Myanma hökumətinin sevgi əsaslı bir sistemə keçməsi şərtdir. Sevgi və qardaşlıq ruhu buddizmdə də var. Myanma hökuməti bir an öncə bu sevgi əsaslı siyasətə keçməli və demokratiyaya keçid prosesini sürətləndirməlidir. Yeni siyasi sistemlə beynəlxalq arenada statusu dəyişəcək, xarici investisiyalara da açıq hala gələcəkdir. Bu şəkildə ölkə zəngin olacaq, bütün Myanma xalqının həyat şəraiti yaxşılaşacaq.
Arakan xalqı Myanma hökumətinin öz xalqıdır. Bu səbəbdən hökumət öz xalqına zülm etməməlidir. İrqindən və dinindən asılı olmayaraq, zülmə məruz qalan bu xalqı, yəni öz xalqını qorumaq, onlara sevgi və qardaşlıq münasibəti göstərmək dövlətin borcudur.
Adnan Oktarın «Burma Times»da nəşr olunan məqaləsi: